14 
Sen
2021
16:03
491

Baş nazir: "Dünən təlxək Saakaşvilinin növbəti təxribatçı, dövlət əleyhinə çıxışını gördüm"

"Dünən təlxək Saakaşvilinin növbəti təxribatçı, dövlət əleyhinə çıxışını gördüm, o çıxır və bizim ləyaqətli, fəxri ordumuzu çağırır. Onun heç bir hərəkəti bizi təəccübləndirmir, amma növbəti  təxribatçı çıxışını gördük, ordu haqqında, "Gürcü Arzusu"nun orduya qarşı necə bir münasibətdə olduğundan danışır".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan baş naziri irakli Ğaribaşvili, "Gürcü Arzusu"nun Xaşuri merliyinə namizədi, Tenqiz Çitiaşvilinin namizədliyni irəli sürərkən bildirib.

Baş nazir, müdafiyə naziri olduğu muüddətdə həyata keçirlən layihələrdən və əldə olunan tərəqqidən danışıb.

"Bu şərəf mənə aid oldu və müdafiə naziri oldum. Son bir ildə nələr etdiyimizi və hansı işlərə başladığımızı heç bir mübaliğə olmadan söyləmək lazımdır. Neçə illər ərzində bunlar edilməmişdir - bütün bazaların Avropa, NATO standartlarına uyğun qurulması: Təchizat, silahlama, təlim və bütün sahələrdə görünməmiş irəliləyişə nail olduq. Saakaşvilinin dövrundə orduya  necə davranıldığını yaxşı xatırlayırsınız. Müharibədə necə davrandığını yaxşı gördük. Əvvəlcə bütün dünyaya özünü "qalstuk" yeyən olaraq xatırlatdı, sonra qəhrəman əsgərlərimiz vətəni qorumaq üçün özünü qurban verdikdə torpağa çırpılmış vəziyyətdə gördük.  Bu gün yenə bu adam çıxıb əhalimizə zorakılıq edir, bəzi təxribatlar təşkil etməklə hədələyir və s.  Son 9 ildə dövlətimizi məhv etmək üçün mübarizə apardılar, amma bacara bilmədilər. Yeddi seçkidə qalib gəldik və ləyaqətlə, inandırıcı şəkildə qazanacağıq və indi də müəyyən manipulyasiyalarla, öz çirkli əlyazmaları ilə stabilliyi pozmaq, narahatlıq gətirmək, cəmiyyəti gərginləşdirmək və bu pisixoloji müharibə miqyasını artırmağa çalışırlar", - deyib baş nazir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər