14 
Sen
2021
13:02
315

Gömrükdə bəyan edilməmiş qızıl idxalı cəhdlərinin qarşısı alındı

Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük keçid məntəqələrində bəyan edilməmiş qızıl idxal cəhdlərinin qarşısı alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gəlirlər Xidməti yayıb.

Sadaxlı gömrük keçid məntəqəsində, Ermənistan Respublikasından gələn Ermənistan vətəndaşı Q.K.-nın idarə etdiyi yük maşınına Gömrük Risklərinin İdarə Edilməsi Şöbəsinin hazırladığı risk profilinə əsasən “qırmızı”  dəhliz və rentgen skaneri təyib edilib.

Bununla birlikdə, gömrük işçiləri sübhə əsasında nəzarət prosedurlarını həyata keçirərkən yük maşınının salonunda, xüsusi gizləmə yerində qızıl əşyalar (224,41 qram) və odlu silah aşkar ediblər. Bəyan edilməmiş malların ümumi gömrük dəyəri 37.821.76 lari təşkil edib.

Həmçinin, "Sarp" gömrük keçid məntəqəsində qanun pozuntusu faktı aşkarlanıb. Gürcüstan vətəndaşı İ.X.-da rentgen skaneri nəticəsində gömrük əməkdaşları tərəfindən bəyan edilməmiş qızıl zinət əşyaları və sikkələr (çəkisi 218,96 qram) aşkar edilib. Malların ümumi gömrük dəyəri 27 756,77 lari təşkil edib.

Materiallar Maliyyə Nazirliyinin İstintaq Xidmətinə təhvil verilib. 

Tbilisi Beynəlxalq Hava Limanında da qanunsuz qızıl idxalı ilə bağlı iki fakt aşkarlanıb. Gömrük işçiləri, risk profilinə əsasən, Ermənistan Respublikası vətəndaşlarına fiziki nəzarət nəticəsində cəmi 34.273,8 lari dəyərində bəyan edilməmiş (ümumi çəkisi 279,8 qram) qızıl -zinət əşyaları aşkar ediblər.

Gömrük Məcəlləsinin 168 -ci maddəsinin I hissəsinə əsasən, cinayət törədən vətəndaşlar sanksiya şəklində ümumilikdə 34.273,8 lari məbləğində cərimələniblər.

Bizimlə əlaqə saxlayın