14 
Sen
2021
11:37
333

Tbilisidə 3 yeniyetməni yaralayan azyaşlı saxlanıldı

Daxili İşlər Nazirliyi dünən Tbilisidə üç azyaşlını yaralamaqda təqsirləndirilən şəxsi saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.

"Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Yetkinlik Yaşına Çatmayanların İşi Üzrə Baş İdarəsinin Vake-Saburtalo və Didube Çuğureti Baş Bölmələrinin əməkdaşları, əməliyyat-istintaq tədbirləri nəticəsində 2007-ci il təvəllüdlü L.M.-nı azyaşlıları ağırlaşdırılmış şəraitdə qəsdən öldürməyə cəhd ittihamı ilə Tbilisidə saxlayıblar.

İstintaq müəyyən etdi ki, bu il sentyabrın 13 -də Tbilisidə saxlanılan şəxs mübahisə zəminində 2007-ci il təvəllüdlü Q.B., 2006-cı il təvəllüdlü B.X. və 2006-cı il təvəllüdlü Q.M.-ya soyuq silahla çoxsaylı xəsarətlər yetirib.

Polis L.M.-nı hadisədən bir neçə saat sonra, isti təqib nəticəsində saxladı. Hüquq mühafizə orqanları cinayət silahını - bıçağı sübut kimi ələ keçirdilər.

İstintaq Cinayət Məcəlləsinin ağırlaşdırılmış şəraitdə qəsdən adam öldürməyə cəhd etməyi nəzərdə tutan 19-109-cu maddəsi ilə davam etdirilir.

Cinayətdə maksimum 16 ildən 20 ilə qədər həbs cəzası nəzərdə tutulur",- idarənin məlumatında deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər