14 
Sen
2021
10:34
1521

Gürcüstanda bu şəxslər üçün güzəştli internet paketləri olacaq

Təhsil Nazirliyinin təşəbbüsü ilə müəllim və şagirdlər bu il də güzəştli internet paketlərindən faydalanacaqlar.

InterPress.ge xəbər verir ki, Nazirlik və Gürcüstanda fəaliyyət göstərən üç mobil operator - MagtiCom, Vion Georgia və Silknet arasında anlaşma memorandumu imzalanıb.

Memorandum çərçivəsində dövlət və özəl məktəb şagird və müəllimləri 2021-2022-ci tədris ilində güzəştli mobil internet paketindən istifadə edə biləcəklər. 

Sentyabrın 15 -dən etibarən güzəştli internet paketini əldə etmək mümkün olacaq. 20GB yüksək keyfiyyətli mobil internet paketi 10 lari olacaq ki, bu da  standart qiymətdən 2.5 dəfə aşağıdır.

Güzəştli internet paketindən istifadə etmək üçün dövlət və özəl məktəb müəllimləri və şagirdlərin valideynləri (və ya ailə üzvləri) LEPL Təhsil İdarəetmə Məlumat Sistemi (EMIS) tərəfindən yaradılmış xüsusi platformada - www.mobile.emis.ge -də pasport nömrələrini qeyd edərək paketi aktivləşdirmək üçün şagird və ya müəllimin telefon nömrəsini  qeydiyyatdan keçməlidirlər. Paketin etibarlılıq müddəti 30 gündür, son istifadə tarixindən sonra istifadə olunmamış meqabaytlar sıfırlanacaq. Www.mobile.emis.ge veb saytı 15 sentyabrda fəaliyyətə başlayacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər