13 
Sen
2021
21:37
375

Nika Melia: "İstənilən namizədlə debata hazıram"

"İstənilən formatda istənilən namizədlə debata hazıram".

InterPress.ge xəbər verir ki, "Vahid Milli Hərəkat"ın sədri, Tbilisi merliyinə namizəd Nika Melia bunu "Gürcüstan üçün" partiyasının sədri Qiorqi Qaxarianın onu debata çağırmasına cavab olaraq deyib.

O, bütün mer namizədlərinin siyasi debatlarda iştirak etməyə borclu olduqlarını söyləyib.

"Heç bir mer namizədi ilə problemim yoxdur.  Bütün mer namizədləri siyasi debatlarda iştirak etmək məcburiyyətindədir və təbii ki, bu debatlar istənilən telekanalda aparılmalıdır. Kaxa Kaladzenin bundan yayındığını görürük və mən onu tam başa düşürəm, çünki o, öz həqiqətindən əmin deyil, onun haqqında çox şey bilən rəqiblərlə debata girməyin çətin olduğunu bilir. Cənab Qaxariaya gəlincə, istər cənab Kaladze olsun, istər cənab Qaxaria, istər də hər ikisi -  əlbəttə ki, mən hər an, istənilən məkanda, istənilən telekanalın telestudiyasında, "İmedi" TV- nin efirində debata hazıram. Seçiciyə hörmət etməliyəm və hər hansı bir namizəd potensial seçiciyə nə vəd etdiyini dinlətməyə borcludur, buna görə də istənilən formatda istənilən namizədlə debata hazıram", - Nika Melia bəyan edib.

Bizimlə əlaqə saxlayın