13 
Sen
2021
17:26
530

Kənan Ömərov Kürdlər və Qullar inzibati ərazi vahidlərinin sakinləri ilə görüşdü - FOTO

"Gürcü Arzusu - Demokratik Gürcüstan"ın Marneuli merliyinə namizədi Kənan Ömərov, seçkiqabağı kampaniya çərçivəsində Kürdlər və Qullar inzibati ərazi vahidlərinin sakinləri ilə görüşüb. 

InterPress.ge xəbər verir ki, görüş zamanı namizəd yerlilərin ehtiyaclarını müzakirə edərək, onların həlli yollarını mülahizə edib. 

"Qeyd edim ki, Marneuli ölkə miqyasında aqrar istiqamətdə aparıcı munisipalitetlərindən biridir, ona görə də burada yaşayan əhalini narahat edən əsas məsələ - suvarma suyu sisteminin tənzimlənməsidir. Bacarıqlarım çərçivəsində, mərkəzi hökumətlə sıx ünsiyyətdə olaraq, suvarma suyu təchizatı problemini vaxtında aradan qaldırmaq və kənd təsərrüfatı istiqamətini daha da inkişaf etdirmək üçün əlimdən gələni edəcəyəm", - deyə Kənan Ömərov bəyan edib.
 

Bizimlə əlaqə saxlayın