13 
Sen
2021
16:25
362

Mərkəz rəhbəri: "Bütün göstəricilərlə epidemioloji vəziyyət  yaxşılaşır"

"Sabitləşmə prosesi davam edir. Ümumiyyətlə, bütün göstəricilərlə epidemioloji vəziyyət  yaxşılaşır".

InterPress.ge xəbər verir ki, bunu Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze Koordinasiya Şurasının iclasından sonra deyib.

Onun sözlərinə görə, halların sayı, müsbət nisbət və virusun çoxalma indeksi azalır, ancaq bu, sakitləşmək üçün heç bir əsas vermir. O,  bir daha ictimaiyyəti tövsiyələri yerinə yetirməyə çağırıb.

"Ən çətin göstərici -ölüm, əlbəttə ki, hələ də yüksəkdir, amma artıq 60-70 və 80 deyil. Bütün göstəricilər sakitləşir. Sabit tempi saxlamaq üçün bizdən çox şeydən asılıdır. Hələ heç bir şey bizə rahatlama haqqı vermir. İlk növbədə, mövcud tövsiyələrə riayət etməli və onları sərtləşdirməliyik", - deyib Qamğrelidze.

Bizimlə əlaqə saxlayın