13 
Sen
2021
16:09
663

Tbilisidə ictimai nəqliyyatda yenilik olacaq

"Gələn ildən etibarən Tbilisidə ictimai nəqliyyat üçün müddətli mövsüm biletləri istifadəyə veriləcək".

InterPress.ge xəbər verir ki, bu barədə paytaxt meri Kaxa Kaladze deyib.

Onun sözlərinə görə, müddətli mövsüm biletləri ictimai nəqliyyat tam yeniləndikdən sonra qüvvəyə minəcək.

"İctimai nəqliyyat tamamilə tənzimlənən, yenilənən kimi müddətli mövsüm biletləri istifadəyə veriləcək, ilin sonuna qədər mikroavtobuslar tamamilə dəyişdiriləcək. Gələn ildən vahid sistem hər şeyə yayılacaq",- Kaxa Kaladze bildirib.

Məlumat üçün bildirək ki, müddətli mövsüm biletləri ilə mavi mikroavtobuslarla gediş-gəliş qiyməti 80 tetri əvəzinə 50 tetri olacaq, bununla birlikdə vətandaşlar metro, avtobus və mikrovtobusla bir saat yarım pulsuz səyahət edə biləcəklər.

Bizimlə əlaqə saxlayın