13 
Sen
2021
15:35
469

Gürcüstanda kovid statusu ilə bağlı xüsusi tətbiq fəaliyyətə başladı

"Vətəndaşlara kovid statusu haqqında məlumat almağa imkan verən xüsusi tətbiq artıq fəaliyyətə başladı".

InterPress.ge xəbər verir ki, bu barədə  İdarələrarası Koordinasiya Şurasının Operativ Qərargah rəisi Qiorqi Ğibradze deyib.

Onun sözlərinə görə, testlər hökumətin qərarı ilə təyin edilən hədəf qrupları üçün hələ də pulsuzdur və bununla əlaqədar heç bir şey dəyişməyib.

“Vətəndaşlara kovid statusu haqqında məlumat almağa imkan verən xüsusi tətbiq artıq fəaliyyətə başladı. Koordinasiya Şurasının qərarı ilə Dövlət xidmətlərində uzaqdan iş rejimi mümkün qədər davam etdirilir və Şura özəl sektora da bənzər tövsiyə ilə müraciət edir; Həmiçinin testin hökumət qərarı ilə təyin edilmiş hədəf qrupları üçün hələ də pulsuz olduğunu vurğulayırıq və bununla əlaqədar heç bir şey dəyişməyib.

Hökumətin fərmanı ilə konkret hədəf qrupları müəyyən edilib. Bildiyiniz kimi, bu çox uzun müddətdir ki, davam edir. Əvvəllər PISAR və antigen testləri kimlər üçün pulsuz idisə, yenə də belə davam edəcək", - Ğibradze deyib.

Bizimlə əlaqə saxlayın