13 
Sen
2021
12:42
920

İrakli Kobaxidze Saakaşvilinin Gürcüstana gəlməsinə belə münasibət bildirdi

"Heç bir güc tətbiq etməyimizə ehtiyac olmayacaq, sərhəddən cəzaçəkmə müəssisəsinə çox gözəl bir şəkildə gedəcək, bütün bunlar çox gözəl bir şəkildə ediləcək".

InterPress.ge xəbər verir ki, "Gürcü Arzusu" partiyasının sədri İrakli Kobaxidze hakimiyyətin Mixail Saakaşvilinin Gürcüstana gələcəyi təqdirdə onu həbs etmək üçün güc tətbiq etməyi planlaşdırıb -planlaşdırmadığı sualına belə cavab verib.

İrakli Kobaxidzenin sözlərinə görə, Mixail Saakaşvili dəfələrlə "qorxaqlığı" üzündən seçicilərini məyus edib və yəqin ki, yenə də Gürcüstana gəlməklə bağlı vədlərini yerinə yetirə bilməyəcək. Eyni zamanda, Kobaxidze Saakaşvilinin gəlişi halında ona 40 minə qədər tərəfdarın dəstək verəcəyi barədə məlumatı etibarsız hesab edib.

"Uzun illərdir ki, tərəfdarlarına bunu vəd edir, amma hər dəfə öz seçicilərini məyus etdi. Qorxaq olduğunu bilirik və buna görə də, bu vəziyyətdə də bu elanı yerinə yetirmək onun üçün çox çətin olacaq, ancaq baxaq, əgər gələrsə, o halda ona verilməli olan yer veriləcək. 

Güc tətbiq etmək, istənilən kriminalı saxlamaq üçün hüquq -mühafizə orqanı üçün lazım olan şeydir. Heç bir güc tətbiq etməyimizə ehtiyac olmayacaq, sərhəddən cəzaçəkmə müəssisəsinə çox gözəl bir şəkildə gedəcək, bütün bunlar çox gözəl bir şəkildə ediləcək. Hansı 40 min insan onu qoruyacaq, aksiyalar keçirilərkən 5 min adam toplaya bilmədi?!”- Kobaxidze bildirib.

Bizimlə əlaqə saxlayın