13 
Sen
2021
10:46
629

Gürcüstanda koronavirusa yoluxma hallarında azalma müşahidə olunur

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 946 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb. 

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 581 815 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 4 351 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 545 961 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 48 nəfər ölüb və ölənlərin ümumi sayı 8 233 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər