12 
Sen
2021
23:51
1450

Marneulinin Təzəkənd sakinləri patrul polisinə etiraz edir - FOTO

Marneulinin Təzəkənd kəndində qəza baş verib.

InterPress.ge xəbər verir ki, içərisində ailə olan Mersedes markalı avtomobil kənddə vətəndaşın hasarına çırpılıb.

Qəza edən avtomobil sürücüsünün dediyinə görə, patrul polisi üzərində işığı olmadan onun arxasınca düşərək ona ön ışığını yandırıb keçirərək və əli ilə saxlamasını tələb edib. Bundan sonra sürücü saxlamaq istəyərkən xırda daşların üstündə avtomobil sürüşərək kənd sakininin hasarına çırpılıb.

Qəza zamanı xoşbəxtlikdən avtomobildə olan şəxslər zərər görməyib. 

Eyni zamanda iki nəfər qeyd edir ki, patrul polisi kəndin içərisində ani manevralar edərkən iki gənci yüngül vurub. Hadisə zamanı həmin gənclər xəsarət almayıb.

Hazırda kənd sakinləri həmin patrul polisinin qanun çərçivəsində cəzalandırılmasını və dəyən zərərin ödənilməsini istəyirlər.

Hadisə yerinə Daxili İşlər Nazirliyinin kriminal polisi cəlb olunub və araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın