11 
Sen
2021
18:20
812

Baş nazir: "Kənd təsərrüfatına 7 milyard lari sərmayə qoyacağıq"

"Hökumət kənd təsərrüfatına 7 milyard lari sərmayə qoyacaq".

InterPress.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Ğaribaşvili deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatında vətəndaşların işlə təmin edilməsi perspektivi var.

"Bölgələrin bərabər şəkildə və Avropa standartlarına uyğun inkişaf etməsi üçün 32 milyard lari xərclənməsi planlaşdırılır. Ölkəmiz müasir, Avropa tipli bir təhsil sisteminə malik olmasa, uğurlu, güclü olmayacaq. Son 8 ildə 170 məktəb tikdik. 250 məktəbi təmir etdik  İndi 800 məktəbi müasir, Avropa standartlarına uyğun təmir etməyi planlaşdırırıq. Hətta bu bölgədə son illərdə bir neçə onlarla yeni məktəb tikildi. Bir neçə onlarla yeni uşaq bağçası maliyyələşdirildi, yenidən quruldu, təmir edildi və təbii ki, bu prosesi davam etdirəcəyik", - Baş nazir bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər