10 
Sen
2021
13:35
1044

Gürcüstanda qarşıdakı günlərdə hava şəraitinin necə olacağı açıqlandı

Sentyabrın 10 -da Gürcüstanda isti və əsasən yağmursuz hava şəraiti davam edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayır.

Məlumata əsasən, havanın temperaturu +24, +29 dərəcə olacaq. Sentyabrın 11-də, günün sonundan 13 sentyabra qədər Gürcüstanda (əsasən ölkənin qərb hissəsində) vaxtaşırı qısamüddətli yağış yağacağı və şimşək çaxacağı, bəzi yerlərə dolu düşəcəyi ehtimalı var. Sentyabrın 12 -də havanın temperaturu +21, +26 dərəcəyə enəcək, sentyabrın 13 -dən isə Gürcüstanın qərbində və şərqində +24, +29 dərəcəyə qədər istiləşəcək.

Sinoptiklər sentyabrın 10-11-də Tbilisidə yağmursuz hava olacağını proqnozlaşdırırlar.

Sentyabrın 12 -də qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu +26, +28 dərəcə olacaq. Sentyabrın 13-16-da ölkənin əksər yerlərində isti hava şəraiti gözlənilir. İstilik fonunda bəzi yerlərdə qısamüddətli yağış ola bilər.

Bizimlə əlaqə saxlayın