Tbilisidə qətlə yetirilən Avstraliya vətəndaşı, Şanay Bruk Edvardsın dəfn edilmə xərcləri dövlət tərəfindən qarşılanacaq.
InterPress.ge xəbər verir ki, müvafiq fərmanı artıq baş nazir İrakli Ğaribaşvili imzalayıb.
Şanay Bruk 31 iyulda Tbilisidə ölü tapılıb.
Daxil İşlər Nazirliyi Avstraliya vətəndaşının ölümü ilə bağlı Rafael Mursakulovu saxlayıb.
