09 
Sen
2021
22:00
661

Davit Şerazadişvili: "Bolnisi Bələdiyyəsində hər kəs üçün bərabər şərait yaratmaq bizim üçün vacibdir"

 "Gürcü Arzusu"nun Bolnisi merliyinə namizədi Davit Şerazadişvili, seçki kampaniyası çərçivəsində Gürcüstan Parlamentinin üzvü Qoqi Meşveliani ilə birlikdə Talaveri (Faxralı)  kəndində yaşayan qadınlarla görüşüb.

InterPress.ge xəbər verir ki, görüşdə həyata keçirilən layihələr və gələcək planlar müzakirə edilib.

Bundan əlavə, mer namizədi gender bərabərliyinin əhəmiyyətini vurğulayıb və bərabər şərait yaratmağın onun əsas prioriteti olduğunu, bunun üçün də cəmiyyətin bütün üzvlərinin fikirlərini və ehtiyaclarını bilməyin lazım olduğunu söyləyib.

“Ailədə olduğu kimi ictimai və siyasi həyatda da qadınların rolu böyükdür.
Bolnisi Bələdiyyəsində hər kəs üçün bərabər şərait yaratmaq bizim üçün vacibdir", - Davit Şerazadişvili deyib.

Bizimlə əlaqə saxlayın