Gürcüstanda havalar nə vaxt istiləşəcək?
Sentyabrın 10 -dan etibarən Şərqi Gürcüstanın aran və dağlıq rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Şərqi Gürcüstanın şəhərlərində gecə saatlarında qısamüddətli yağış yağacağı, lakin gün ərzində yağıntıların davam edəcəyi gözlənilir. Sentyabrın 10-13-də hava istiliyi + 26-30 dərəcə arasında dəyişəcək.
InterPress.ge xəbər verir ki, qərbi Gürcüstan şəhərlərində, sentyabrın 10-13-də, əsasən gecə, az miqdarda yağış yağacağı, gündüz yağmursuz və ya qısa müdddəti yağış gözlənilir. Orta temperatur 23-27 dərəcə olacaq.
Bildirilir ki, ən yüksək temperatur 10 sentyabrda 32 dərəcəyədək Kutaisidə müşahidə ediləcək və digər şəhərlərdə olduğu kimi sonrakı günlərdə də temperatur 25 dərəcəyə enəcək.
Sentyabrın 10-13-də Gürcüstanın dağlıq bölgələrində yağış gözlənilir. Yüksək dağlarda gündüz + 18-28 dərəcə isti olacaq. Gecələr +7 dərəcəyə enəcək.
Paytaxta gəlincə - sentyabrın 10-12 -də Tbilisidə yağış gözlənilir. Havanın temperaturu +27 dərəcə olacaq. Sentyabrın 13-dən paytaxtda hava tempiraturu +32-33 dərəcəyə qədər istiləşəcək.


