1 USD =
3.1141 GEL
1 EUR =
3.6628 GEL
1 TRY =
0.368 GEL
100 RUB =
4.2956 GEL
1 AZN =
1.8301 GEL
09 
Sen
2021
09:59
143

Dördüncü “Matrix”in tizeri yayımlanıb - VİDEO

“Warner Bros.” film konserni “The Matrix Resurrections” elmi-fantastik filminin ilk tizerini yayımlayıb.

Videoya şirkətin “YouTube” kanalında baxmaq olar.

Tizer cəmi 15 saniyədir - orada “Seçim sənindir” yazısı ilə izləyicilərə qırmızı və mavi həblər nümayiş olunur.

Franşizanın rəsmi saytında eyni yazı görünür və tabletlərdən birini vurma imkanı verilir.

Filmin tam treyleri sentyabrın 9-da yayımlanacaq.

“Matrix” 1999-cu ildə Lana və Lilli Vaçovski bacılarının (həmin vaxt Lourens və Pol qardaşları) rejissorluq etdiyi ABŞ-Avstriya istehsalı olan fantastik filmidir. Filmin kommersiya uğuru “Matrix”in franşiza olmasına səbəb oldu: 2003 -cü ildə “Matrix Reloaded”, cəmi beş ay sonra isə “The Matrix Revolutions” çıxdı.

Bizimlə əlaqə saxlayın