Bolnisi merliyinə namizəd Davit Şerazadişvili seçki kompaniyasına davam edir
"Gürcü Arzusu"nun Bolnisi merliyinə namizədi gələcək planları haqqında seçicilərə məlumat verməyə davam edir.
InterPress.ge xəbər verir ki, bu dəfə mer namizədi, Kvemo Bolnisi kəndini ziyarət edib və sakrebulo majoritar namizədi Mahir Bayramovla birlikdə əhali ilə görüşüb.
Yerli sakinlərə həm bələdiyyənin inkişaf vizyonu, həm də kəndlərində nə etməyi planlaşdırdıqları ilə bağlı konkret planlar təqdim edilib. Şerazadişvili həyata keçirilən layihələrdən danışıb və əhalinin ehtiyaclarını dinləyib.
"Kvemo Bolnisidə son illərdə bir sıra əhəmiyyətli layihələr həyata keçirildi: xarici işıqlandırma şəbəkəsi quruldu, ambulatoriya təmir edildi, ən əsası yol infrastrukturu quruldu və s. İnsanların daha yaxşı yaşaması üçün şəhərdə və kənddə uyğun bir infrastruktur yaratmaq bizim üçün eyni dərəcədə vacibdir", - Şerazadişvili bildirib.


