08 
Sen
2021
16:13
827

Gürcüstanda Avstraliyalı turisti öldürən şəxs saxlanıldı

Daxili İşlər Nazirliyi Avstraliya vətəndaşı Şanay Bruku öldürməkdə təqsirləndirilən Tbilisidə yaşayan Gürcüstan vətəndaşını saxlayıb.

InterPress.ge xəbər verir ki, qadının cəsədi iyulun 31 -də Mtacminda yamacında tapılıb.

Avstraliya vətəndaşının görüntüləri 30 iyul tarixində, saat 15.30 radələrində, Verada yaşayış evinin yaxınlığında müşahidə kameraları tərəfindən qeydə alınıb. İtkin düşən qadın haqqında məlumatı dostu Facebook -da paylaşıb. Onun dediyinə görə, Şanay Bruk telefonla sonuncu dəfə danışanda Mtacminda da olub. Onun sözlərinə görə, telefon danışığı zamanı turistə qəflətən hücum edilib və o kömək istəyib.

Qadını 100 -ə yaxın yanğınsöndürən, onlarla xarici və gürcü könüllü axtarıb. İlkin olaraq polis idarəsi Cinayət Məcəlləsinin qanunsuz olaraq azadlıqdan məhrum etməyi nəzərdə tutan 143 -cü maddəsi ilə istintaqa başlayıb. İndi iş qəsdən adam öldürmə maddəsi ilə araşdırılır.

Bizimlə əlaqə saxlayın