
Ermənistanın Baş naziri Gürcüstanda rəsmi səfərdədir
Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Gürcüstanda rəsmi səfərdədir.
InterPress.ge xəbər verir ki, Gürcüstan Hökumət Administrasiyasında rəsmi qarşılanma mərasimi keçirilib.
Erməni həmkarına Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili ev sahibliyi edir. İki ölkənin Baş nazirlərinin görüşü üz -üzə və geniş formatda keçiriləcək, bundan sonra İrakli Ğaribaşvili və Nikol Paşinyan mətbuata birgə bəyanatlar verəcəklər.
Gürcüstana rəsmi səfəri çərçivəsində Ermənistan Respublikasının Baş nazirinin Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşü keçiriləcək.
Nikol Paşinyan, nümayəndə heyəti üzvləri ilə birlikdə, Gürcüstanın birliyi uğrunda mübarizədə həlak olan Qəhrəmanlar Memorialındakı Qəhrəmanlar Abidəsinə çələng qoyacaq.