Mixeil Saakaşvili Gürcüstana gəlməsindən danışdı
"İlk dəfədir ki, bütün bu illər ərzində nəticələrin nə olacağına baxmayaraq, bunun o tərəfində artıq ölkənin itirilməsi durduğuna görə, Gürcüstana gələcəyimi deyirəm".
InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşvili deyib.
"Kimə necə xoş gəlir, kimə xoş gəlmir və kimin məni nə ilə təhdit etməsinə baxmayaraq, bütün bu illər ərzində ilk dəfə dedim ki, nəticəsi nə olursa, olsun gələcəyəm. Həyatımda ilk dəfə dedim ki, indi vətənimizi itirdiyimiz məqamdır. Əvvəlki illərdə hər şey bu tərəfə gəlirdi, amma o qədər də kritik bir vəziyyət deyildi. İndi vəziyyət o qədər dəhşətlidir ki, artıq şərtlər üçün vaxt qalmayıb, əvvəlcə qalib gələk. İndi hamımız məcburuq, başqa çıxış yolu yoxdur. Gürcüstan ölür, Gürcüstan xəritədən yox olur və hamımız bu vəziyyəti görürük, bizim ölkəmiz çox çətin vəziyyətdədir", - Mixeil Saakaşvili bildirib.
2012 -ci ildə Gürcüstanda qalmamağının nə qədər doğru olduğu sualına Mixail Saakaşvili bildirib ki, "emosional olaraq yorulmuşdu və "gürcü vəziyyətindən" dincəlmək istəyirdi".
"Bu illər mənim üçün rahat deyildi, fırtınalar və mübarizələrlə dolu illər idi. Emosional olaraq yorulduğum və tükəndiyim üçün getdim. O zaman da niyə getdiyimi dedim. Mən gürcü xalqının məndən dincəlməsini və düzünü desəm, mən də gürcü vəziyyətindən dincəlməy istəyirdim", - deyib Mixeil Saakaşvili.
Onun sözlərinə görə, Gürcüstana qayıdarkən, bir çox xarici həmkarları ilə dostluq əlaqələrinə malik olmasına baxmayaraq, Avropa Parlamentinin deputatları da daxil olmaqla heç kimin qalxanı arxasında gizlənməyə hazırlaşmır.
"Kimsənin qalxanına ehtiyacım yoxdur, heç kimin qalxanı arxasında gizlənməyəcəm, o cümlədən Avropa Parlamentinin deputatlarının...Kimsə bizimlə yoldaşlıq etsə, bu onların qərarıdır.
Sabah məsələn, Polşadakı böyük beynəlxalq konfransa gedəcəyəm, sonra bir neçə Avropa ölkəsinin paytaxtına gedəcəyəm, bir çox siyasətçi ilə görüşməyə, Gürcüstan siyasəti haqqında danışmağa hazırlaşıram", - Saakaşvili deyib.


