Davit Şerazadişvili Darvaz kəndinin sakinləri ilə görüşüb
"Gürcü Arzusu"nun Bolnisi merliyinə namizədi Davit Şerazadişvili, seçki kampaniyası çərçivəsində sakrebulo majoritar namizədi Murman Nəbiyevlə birlikdə Darvaz kəndinin sakinləri ilə görüşüb.
Bu barədə InterPress.ge-yə Bolnisi merliyinə namizəd Davit Şerazadişvilinin mətbuat xidmətindən məlumat verilib.
Onlar Bolnisi Bələdiyyəsinin İnkişaf Fəaliyyət Planını təqdim ediblər.
Darvaz kəndində bir sıra vacib layihələr həyata keçirilib. Daxili yerli yollar təmir edilib, xarici işıqlandırma və içməli su sistemi təmin edilib. Lakin Şerazadişvili kəndin qazlaşdırılmasını ən böyük nailiyyətlərdən biri hesab edir.
Qeyd etmək lazımdır ki, Darvaza dağlıq qəsəbə statusu verilib.
"Kənd yerlərində yaşayan həmvətənlərimizin gündəlik həyatını daha da rahat etmək üçün önümüzdəki dörd il ərzində hər şey edəcəyik", - Davit Şerazadişvili qeyd edib.


