07 
Sen
2021
20:56
2411

ŞAD XƏBƏR! Bu cərimələr silindi

Kovid qaydalarının pozulmasına görə tətbiq olunan cərimələr silindi.

InterPress.ge xəbər verir ki, bu gün Gürcüstan Parlamenti "İnzibati cəzadan azad etmə" və "Əfv haqqında" qanun layihələrini üçüncü oxunuşda təsdiqləyib.

Dəyişikliklər, təcrid və karantin qaydalarının pozulması da daxil olmaqla, şəxsləri 23 iyun 2021 -ci ilə qədər tətbiq olunan bütün inzibati xətalar və cəzalardan azad etməyi hədəfləyir.

Əfv layihəsinə gəlincə, bu  həm fiziki, həm də hüquqi şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsini nəzərdə tutur.

Təşəbbüs 245 mindən çox vətəndaşa və 344 hüquqi şəxsə təsir edir. Söhbət təcrid, karantin qaydalarının pozulmasına və maska taxmağa görə tətbiq edilən təxminən 76 milyon lari məbləğində ödənilməmiş cərimələrdən gedir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər