07 
Sen
2021
18:39
2074

Təhsil Nazirliyi məktəblərlə bağlı hər kəsin gözlədiyi açıqlamanı verdi

Ölkədəki epidemioloji vəziyyətin yaxşılaşması tendensiyasına görə, ölkə daxilində əksər məktəblərdə tədrisin 4 oktyabrdan etibarən siniflərdə bərpa edilməsi ehtimalı yüksəkdir.

InterPress.ge xəbər verir ki,  bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

İdarədən verilən məlumata görə, birinci sinif şagirdləri üçün dərslər oktyabrın 4-də başlayacaq.

"Birinci sinif şagirdlərinə gəldikdə-uşaqların mənafeyi naminə Təhsil və Elm Nazirliyi qərar verdi ki, birinci sinif şagirdləri 15 sentyabrda distant formatda deyil, 4 oktyabrda siniflərdə dərsə başlasınlar. Bu qərar yalnız məktəbə başlayanda yoluxma nisbətinin 4% -dən aşağı olacağı şəhər və kəndlərə şamil ediləcək.

Bu qərar, birinci sinif şagirdlərinin ilk məktəb təcrübəsini sinif yoldaşlarının və müəllimlərin əhatəsində, sinif mühitində aparması lazım olan pedaqoji rəyə əsaslanır.

Xatırlatmaq istərdik ki, Koordinasiya Şurasının qərarına əsasən, Gürcüstanda dövlət və özəl məktəbləri, peşə məktəbləri və ali təhsil müəssisələri sentyabrın 15 -dən distant təhsilə başlayacaq və bu formatda təhsil oktyabrın 4 -dək davam edəcək.

Koordinasiya Şurası daha sonra 4 oktyabr məlumatlarına əsaslanaraq müzakirələr aparacaq.  Həmçinin, 4 oktyabrdan sonra yoluxma nisbətinin 4%-dən aşağı düşəcəyi kənd və şəhərlərdə uzaqdan təhsil rejimi qaldırılacaq və tədris davamiyyətli formatda davam etdiriləcək. Təhsil və Elm Nazirliyi, əvvəlki semestrdə olduğu kimi, bu halda da məktəb cəmiyyətinə ən çevik sistemi təqdim edəcək. Xüsusilə, davamiyyətli və distant təhsil seçim imkanına malik olunacaq. Aydındır ki, bu qərar birinci sinif şagirdlərinə də aiddir", - Nazirliyin bəyanatında bildirilir

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər