Oktyabr ayının əvvəlindən etibarən 300 -dən çox məktəbdə tədris prosesi siniflərdə bərpa ediləcək
"Təhsil Nazirliyi ilə fəal işləyirik və tədris prosesinin oktyabrın əvvəlindən etibarən yüksək dağlıq ərazilərdə və kəndlərdə, 330-332 məktəbdə bərpa olunacağı elan olundu".
InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze bu gün Koordinasiya Şurasının iclasından sonra bildirib.
"Artıq bu məktəblərdə epidemioloji vəziyyəti öyrənirik. Bu məktəblərdə nə qədər şagird və müəllimin infeksiya keçirdiyini, neçə müəllimin peyvənd olunduğunu öyrəndik. 330 və ya 332 məktəbdə təhsil prosesini bərpa etmək üçün Təhsil Nazirliyi ilə birlikdə işləyirik. Çünki orada infeksiya nisbəti olduqca aşağıdır", - Qamğrelidze deyib.
Bundan əlavə, Xəstəliklərə Nəzarət Mərkəzi "Təhlükəsiz Məktəblər Konsepsiyası" hazırlayıb. Bir neçə gün ərzində bu konsepsiya Səhiyyə və Təhsil Nazirliyi ilə müzakirə olunacaq və bələdiyyələrin böyük şəhərlərində məktəblərin hansı ardıcıllıqla bərpa olunacağı barədə meyarlar hazırlanacaq. Razılaşma başa çatanda, Koordinasiya Şurası bunu müzakirə edəcək və təsdiqləyəcək", - Qamğrelidze söyləyib.


