Tbilisi, Laqodexi, Marneuli, Rustavi və Batumidə narkotik satıcıları saxlandı
Daxili İşlər Nazirliyi Tbilisi, Laqodexi, Marneuli, Rustavi və Batumidə narkotik satıcıları saxlayıb və xüsusilə külli miqdarda müxtəlif narkotik maddələr ələ keçirib.
InterPress.ge xəbər verir ki, polis Xüsusi Tapşırıqlar Departamentinin əməkdaşları ilə birlikdə keçirilən kompleks əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 18 narkotik alverçisini saxlayıb.
Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları tərəfindən: 1996 -cı il təvəllüdlü, şərti məhkum D.V., 1974-cü il təvəllüdlü, şərti məhkum Q.Q., 1974 -cü il təvəllüdlü E.K., 1970 -ci il təvəllüdlü Q.K., 1982 -ci il təvəllüdlü Z.M., 1984 -cü il təvəllüdlü A.A. və 1992 -ci il təvəllüdlü Q.N., 1988 -ci il təvəllüdlü A.N., və 1988 -ci il təvəllüdlü V.A., 1986 -cı il təvəllüdlü V. M., 1986 -cı il təvəllüdlü T.A., 2004 -cü il təvəllüdlü A.Q.
Kaxeti Polis Departamentinin əməkdaşları tərəfindən: 1973 -cü il təvəllüdlü İ.A., 1983 -cü il təvəllüdlü V.A.
Kvemo Kartli əməkdaşları tərəfindən: 1986 -cı il təvəllüdlü R.Q., 1974 -cü il təvəllüdlü İ.A., 1992 -ci il təvəllüdlü M.K., 1990 -cı il təvəllüdlü O.Z.
Qanunsuz olaraq narkotik alma - saxlamasına görə Acarıstan Polis Departamentinin əməkdaşları tərəfindən: 1964 -cü il təvəllüdlü A.Q. , 1982 -ci il təvəllüdlü M.G.
Tbilisi Polis Departamentinin Vake-Saburtalo Bölməsinin əməkdaşları tərəfindən: 1985-ci il təvəllüdlü Q.A.
Onlar külli miqdarda narkotik vasitələrini qanunsuz olaraq almaq və saxlamaqda, qanunsuz satmaqda və qanunsuz olaraq qrup halında satmağa cəhd etməkdə ittiham olunurlar.
İstintaq zamanı məlum olub ki, təqsirləndirilən şəxslər sistematik şəkildə vətəndaşlara narkotik maddə satıblar. Hüquq-mühafizə orqanları, hakimin qərarına əsaslanaraq, bir neçə narkotik alqı-satqısı və qeyd olunan satınalmaların gizli audio-video qeydini həyata keçiriblər. Polis tərəfindən saxlanılan 3 nəfər, sosial şəbəkədəki narkotik alverçilərinin mütəşəkkil qrupunun kuryerləri olublar. Tbilisidə müxtəlif yerlərə qanunsuz satış məqsədi ilə narkotik vasitələr yerləşdiriblər və satıblar. Hüquq mühafizə orqanları şəxsi və yaşayış mənzillərinə baxış keçirərkən 8 litrə qədər yeni psixoaktiv maddə də daxil olmaqla xüsusilə külli miqdarda müxtəlif növ narkotik maddə ələ keçiriblər. Axtarış zamanı külli miqdarda pul da ələ keçirilib.
Narkotik cinayətləri ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260 -cı maddəsi ilə istintaq davam etdirilir. Cinayətlərdə 8 ildən 20 ilə qədər həbs cəzası nəzərdə tutulur.


