Tbilisidə cəzaçəkmə müəssisəsində oğru dünyasına üzv olan şəxs özünü öldürməyə cəhd etdi
Qldani həbsxanasındakı məhkumlardan biri vəkil ilə görüş zamanı intihara cəhd edib.
InterPress.ge xəbər verir ki, bu barədə məlumat Penitensiar Xidmətdən təsdiqlənib.
Məlumata görə, yaralı hazırda mülki klinikalardan birinə aparılıb.
"Məhkum T.D. Gürcüstan Cinayət Məcəlləsinin 223 -cü prima maddəsi (oğru dünyasına üzvlük, oğru yığıncağında iştirak) ilə N8 cəzaçəkmə müəssisəsinə yerləşdirilib. Cari ilin 6 sentyabr tarixində məhkum T.D. hüquq müdafiəçisi ilə görüşmək üçün qısamüddətli görüş otağına aparılıb və plastik əşya ilə özünə xəsarət yetirib. Məhkum bunu niyə etdiyinə dair konkret səbəb göstərməyib.
Məhkuma, müəssisənin tibb işçisi tərəfindən yerindəcə ilkin tibbi yardım göstərilib və sağlamlıq vəziyyətinin qiymətləndirilməsi əsasında, Tbilisidəki mülki klinikalardan birinə köçürülməsi zəruri hesab edilib.
Ədliyyə Nazirliyinin Baş Müfəttişliyi hadisəni araşdırır", - Penitensiar Xidmətdən bildiriblər.


