06 
Sen
2021
13:50
486

Kaxa Kaladze ictimai nəqliyyatın bərpası ilə bağlı açıqlama verdi

"Bizə bu imkan verilən kimi və nə vaxt deyəcəklər ki, bu gün nəqliyyatı açmaq imkanımız var, dərhal açacağıq".

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze jurnalistlərə verdiyi açıqlamada deyib. 

Onun sözlərinə görə, ictimai nəqliyyatın məhdudlaşdırılması ilə bağlı qərar Koordinasiya Şurası tərəfindən qəbul edilib və nəticə artıq göz qabağındadır.

"İctimai nəqliyyat niyə bağlandı? Yoluxmuş insanların sayı çox sürətlə artırdı, hər gün bir çox insanı itirirdik və buna görə də hərəkətlilik əsas məqsəd və vəzifələrdən biri idi və bu gün artıq nəticələr göz qabağındadır. Yoluxmuş insanların sayı artıq azalıb və bizə ictimai nəqliyyatı açmağımızı deyən kimi dərhal - metro, avtobuslar, mikroavtobusları işə salacağıq. Anlayıram, çox çətindir, çox ağırdır, amma ən başlıcası insan həyatı və təhlükəsizliyidir. Mənim üçün əsas olan insanların sağlamlığı və həyat təhlükəsizliyidir", - deyib Kaladze.

Bizimlə əlaqə saxlayın