06 
Sen
2021
12:15
442

Tbilisidə baş verən qəzada xəsarət alanlarla bağlı açıqlama

Tbilisidə avtomobil qəzasında yaralanan pasiyentin səhhəti  qənaətbəxşdir, ancaq müayinələri yenə də davam edir.

InterPress.ge xəbər verir ki, kovidə yoluxmuş 77 yaşlı xəstə təcili yardım maşını ilə Telavidən Tbilisiyə aparılarkən xəsarət alıb.

Qəza "300 Araqveli" metrosunun yaxınlığında baş verib.

“Bu mərhələdə xəstənin ürək-sinə nahiyəsində travma qeydə alınıb. Xəstə kovidə yoluxub, dinamika ilə bağlı araşdırmalar və müşahidələr davam edir. Tibb bacısı da yaralanıb və vəziyyəti hazırda stabildir. Sürücü və həkim özünü yaxşı hiss edir", - deyə Ani Dalakişvili bildirib.

Dünən gecə Tbilisidə, Ketevan Tsamebuli prospektində təcili yardım maşını aşıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 276 -cı maddəsi ilə araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər