06 
Sen
2021
11:13
305

İstintaq Xidməti bir nəfəri saxladı

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində külli miqdarda markirləmə tabeliyində olan aksizli malı aksiz markirləməsi olmadan saxlama və daşıma faktı ilə əlaqədar bir nəfəri saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı İstintaq Xidməti yayır. 

Məlumata görə, istintaq zamanı müəyyən edilib ki, saxlanılan şəxs idarə etdiyi avtomobildə daha sonra satmaq məqsədilə xüsusilə külli miqdarda HQD nominallı aksizsiz elektron siqaretlər saxlayıb və daşıyıb.

İstintaq tədbirləri nəticəsində satış üçün nəzərdə tutulmuş, bazar dəyəri 47,880 lari olan 1 596 ədəd aksizsiz elektron siqaret ələ keçirilib. 

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 6 -dan 8 ilədək həbs cəzasını nəzərdə tutan 200 -cü maddəsinin üçüncü hissəsi ilə davam etdirilir.

Bizimlə əlaqə saxlayın