06 
Sen
2021
10:51
893

Gürcüstanda son 24 saat ərzində koronavirusa yoluxma sayı açıqlandı - STATİSTİKA

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 1 120 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb. 

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 565 957 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 4 905 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 519 673 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 61 nəfər ölüb və ölənlərin ümumi sayı 7 867 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın