05 
Sen
2021
18:36
420

Gürcüstana milyonlarla vaksin gətiriləcək

"Çətinliklərin üzdə olduğunu yaxşı bilirik;  İndi ən böyük problemlərdən biri epidemiyadır. Bildiyiniz kimi, son bir neçə həftə ərzində vəziyyəti sabitləşdirmək, sakitləşdirmək üçün yerli məhdudiyyətlər tətbiq etdik, son günlərdə ortaya çıxan tendensiyanı görürsünüz və işarələr bizə nikbinlik üçün əsas verir".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili, "Gürcü Arzusu"nun Ambrolauri merliyinə namizədi Zviad Mxeidzenin təqdimatında bildirib.

Baş nazirin sözlərinə görə, hökumətin vəzifəsi vəziyyəti idarə edilən hala gətirmək və heç bir vətəndaşı baxımsız qoymamaqdır.

"Əsas vəzifəmiz vəziyyəti idarə etmək və heç bir vətəndaşımızı baxımsız və müalicəsiz qoymamaqdır.  Kifayət qədər vaksin gətirmək üçün əlimizdən gələni etdik. Üç milyondan çox peyvənd idxal etdik, bu gün ölkədə bir milyon doz "Pfizer",  təxminən bir milyon doza "Sinovac" peyvəndi var və mənim göstərişimlə bir milyon doz "Sinopharm" və iki milyon doz "Pfizer" idxalı üzərində işləyirik və bunları önümüzdəki aylarda gətirəcəyik. Əlbəttə ki, bu vəziyyətdə həll yolu peyvəndlərdir və bir daha əhalimizi peyvənd prosesinə cəlb olunmağa çağırmaq istəyirəm", - baş nazir bəyan edib.

İrakli Ğaribaşvilinin sözlərinə görə,  iqtisadiyyatın tədricən açılması da vacib idi və bunun konkret nəticələri oldu.

"Ardıcıl, tədricən iqtisadiyyatımızın açılması dərhal nəticələr verdi.  Görünməmiş iqtisadi artım əldə etdik və ölkə ilk yeddi ayda 12% artdı. Aprel ayında 45%, may ayında 25%, iyunda 18% və iyulda 10% artım əldə etdik.  Təbii ki, bu tendensiyanı və bu prosesi qorumaq lazımdır.  Həm də bu inkişafın rahatlıq və sabitliyə ehtiyacı var", - İrakli Ğaribaşvili qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər