InterPress.ge-nin verdiyi məlumata görə, avtomobilin sürücüsü sərxoş vəziyyətdə olub. Yüksək sürətlə avtomobil dirəyə çırpılıb, bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Yaralılar Bolnisi Mərkəzi Klinikasına aparılıblar.
InterPress.ge-yə daxil olan məlumata görə, qəzada 11 nəfər yaralanıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Gürcüstanın Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq başlanılıb.

Foto Gündəlik Gürcüstan səhifəsindən götürülüb
