Gürcüstanın əksər bölgələrində gələn həftə temperatur aşağı enəcək və davamlı olaraq sərin olacaq.
InterPress.ge xəbər verir ki, sentyabrın 6 -dan 9 -dək Şərqi Gürcüstanın əksər yerlərində yağış gözlənilir.
Havanın temperaturu +24 +26 dərəcə olacaq və uzunmüddətli yağış gözlənilir.
Yaxın günlərdə Qərbi Gürcüstanın əksər bölgələrində günəşli günlər olacaq, baxmayaraq ki, axşam və gecə yağış yağacağı gözlənilir. Sinoptiklər +26 +29 dərəcə isti olacağını proqnozlaşdırırlar və duman ola biləcəyini bildiriblər.
.jpg)