04 
Sen
2021
17:34
468

Qaxaria Ğaribaşviliyə səsləndi: "Mənim haqqımda daha çox danışsın, ona cavab verməyəcəyəm"

"Cənab Baş nazirdən mənim haqqımda daha çox danışmasını istərdim".

InterPress.ge xəbər verir ki, "Gürcüstan üçün" partiyasının lideri Qiorqi Qaxaria bu gün İrakli Ğaribaşvilinin Pankisi dərəsində və gecə klublarında keçirilən xüsusi əməliyyatlarla bağlı verdiyi açıqlamaya belə cavab verib.

"Mənim haqqımda daha çox danışsın, ona cavab verməyəcəyəm", - deyib Qaxaria.

"Gürcüstan üçün" partiyasının liderinə həmçinin Zaza Saraladzenin Facebook səhifəsində İrakli Ğaribaşvili haqqında yazdığı ifadə ilə bağlı da sual ünvanlanıb.

"Mən Gürcüstanın Baş nazirindən danışmıram, Gürcüstanın Baş naziri mənim haqqımda dedi -qodu etməyə davam etsin", - Qaxaria deyib.

Qiorgi Qaxaria ilə Kaxa Kaladze arasındakı görüşə gəlincə, "Gürcüstan üçün" partiyasının lideri bu gün bu barədə danışmaq istəmədiyini söyləyib.

"Dünən əsl versiyanı izah etdim, artıq bu barədə danışmaq istəmirəm, əgər insanlar ləyaqətin nə olduğunu anlamırlarsa, burada heç bir şeyi sözlə izah edə bilmərəm, təəssüf ki, qarşı tərəfdə qeybət edənlərin sayı hər keçən gün artır", - Qaxaria bəyan edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər