04 
Sen
2021
14:38
562

Dövlət Müfəttişi Baş nazirin peyvəndin ikinci dozası üçün qeydiyyatdan keçməsinin qanuniliyi ilə bağlı araşdırmalara başladı

Dövlət Müfəttişi Baş nazir İrakli Ğaribaşvilinin peyvəndin ikinci dozası üçün qeydiyyatdan keçməsinin qanuniliyi ilə bağlı araşdırmalara başlayıb.

InterPress.ge xəbər verir ki, Dövlət Müfəttişliyi bütün şəxsləri, peyvənd olunacaq şəxsin razılığı olmadan özbaşına koronavirus peyvəndi üçün qeydiyyatdan keçirməkdən çəkinməyə çağırıb.

"3 sentyabr 2021-ci ildə televiziya kanallarından birində yayımlanan süjet və eyni faktla vətəndaşlara müraciətdə məlum oldu ki, Gürcüstanın Baş nazirini şəxsi məlumatlarından istifadə edərək, razılığı olmadan, koronavirus peyvəndinin ikinci dozasını vurdurmaq üçün COVID-19 aşılama prosesinin idarə edilməsi elektron sistemində qeydiyyatdan keçiriblər.

Dövlət Müfəttişliyi, elektron peyvəndləmə prosesinin idarə edilməsi sistemində məlumatların qeydiyyatı prosesinin qanuniliyini yoxlamağa başladı.

"Dövlət Müfəttişliyi, bütün insanları, başqalarının hüquqlarının pozulmasının qarşısını almaq və aşılama prosesinin idarə edilməsinə mane olmamaq üçün, məlumat subyektinin razılığı olmadan yuxarıdakı sistemdə koronavirusa qarşı peyvənd etdirmək üçün şəxsləri özbaşına qeyd etməkdən çəkinməyə çağırır", - məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər