04 
Sen
2021
10:58
930

Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 2 684 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb. 

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 562 627  nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 2 695 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 509 181 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 83 nəfər ölüb və ölənlərin ümumi sayı 7 732 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər