Bu gün Davit Şerazadişvili Savaneti kəndini ziyarət edib
Bu gün Bolnisi Bələdiyyəsinin Savaneti kəndində, Bolnisi merliyinə namizəd Davit Şerazadişvili yerli sakinlərlə görüşərək gələcək planlardan danışıb.
InterPress.ge xəbər verir ki, Şerazadişvili yerli əhalinin problemlərini dinləyib və problemlərinin həll yollarını müzakirə edib.
“Seçki kampaniyası çərçivəsində Savaneti kəndində oldum. Bura mənim üçün özəldir, burada illərlə işlədiyim çoxlu dostlarım var.
Yerli əhalinin sakrebulo majoritar namizədi Dostu Aşırov və komandamızla birlikdə yerli əhaliyə gələcək planları təqdim etdim. Onların ehtiyaclarını dinlədik. Bu insanlar məni yaxşı tanıyırlar və bilirlər ki, qarşılaşdıqları çətinliklərin öhdəsindən gəlmək üçün bütün imkanlardan istifadə edəcəyəm", - deyib Şerazadişvili.


