03 
Sen
2021
19:22
617

Mərkəz rəhbəri siyasətçilərə çağırış etdi

"Tbilisidə insanları aşılamağa çağıran reklam lövhələri kifayət deyil, buna görə də siyasətçilərin daha çox insanı təşviq etmək üçün seçki plakatlarına yeni şüarlar yerləşdirmələri məsləhətdir".

InterPress.ge xəbər verir ki, bunu Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze deyib.

"Həm iqtidar, həm də müxalifət partiyalarının bütün siyasətçilərini dəfələrlə çağırmışam və indi də çağırıram ki, bir aylıq kampaniyanın əsas şüarı bu olmalıdır ki, hər kəs aşılansın, peyvənd minlərlə insanın həyatını xilas edəcək və peyvənd inkişafın və azadlığın əsas yoludur. Peyvənd bu gün ölkədə əsas prioritetdir.  Məndən asılı olsaydı, bütün insanlara gedib aşılanmaq üçün pankart yazardım. Pankartda olan bütün bu insanlardan xahiş edirəm ki, afişalardan birinə öz aşılanma şəklini qoysunlar və insanlara bu gün əsas şeyin peyvənd olduğunu göstərsinlər. 

Bir ayda 2 milyon insanı peyvənd etməyi xəyal ediriksə, hər gün təxminən 50-60 min nəfəri aşılamalıyıq. Bu mümkündür. Sentyabrda bunu etsək, oktyabr ayında nisbətən sakit vəziyyətə sahib olacağıq. Birlikdə bunu etmək mümkündür.  Əsas məqsəd bu olmalıdır", - Amiran Qamğrelidze deyib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər