03 
Sen
2021
11:32
352

Xobi bələdiyyəsinin 3 kəndində təbii fəlakət problem yaratdı

Təbii fəlakət Xobi bələdiyyəsinin üç kəndində - Galadidi, Axali Sopeli və Şavğeledə problemlər yaradıb.

InterPress.ge xəbər verir ki, həyətləri, küçələri və tarlaları su basıb. 

Yaşayış evlərinin birinci mərtəbəsini də su basıb. Səhər saatlarında xüsusi texnika işə başlayıb, drenaj kanalları təmizlənir.

Bələdiyyə merinin müavinləri müvafiq xidmətin nümayəndələri ilə birlikdə oradadır və vəziyyətlə yerindəcə tanış olurlar.

“Güclü yağış bir neçə kənddə problem yaratdı. Xüsusi texnika hadisə yerinə cəlb edilib və müvafiq işlər davam etdirilir. Yağış o qədər güclü idi ki, drenaj kanalları suyu daşıya bilmirdi. Zərərin hesablanması üçün xüsusi komissiya yaradılacaq. Zərəçəkmiş əhaliyə mütləq kömək edəcəyik" ,- Xobi bələdiyyə merinin müavini Maxare Çokoraia bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər