Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 3 034 yeni yoluxma halı qeydə alınıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.
Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 559 943 nəfərə çatıb.
Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 3 952 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 506 486 nəfər təşkil edib.
Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 86 nəfər ölüb və ölənlərin ümumi sayı 7 649 nəfər təşkil edib.
