02 
Sen
2021
20:44
490

Prezident VMH tərəfindən Şarl Mişelin sənədinin imzalanmasına münasibət bildirdi

"Əlimdən gələni əsirgəmirəm ki, heç kim, nə ehtiyatsız addımmlarla hakimiyyət, nə də altı ay ərzində bu sənədin quyusunu qazan və indi özündən razıcasına imza atan dağıdıcı müxalifət bu yolu poza bilməsin və ölkəmizin strateji maraqlarını təhlüyə ata bilməsin".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili bəyan edib.

O bildirib ki, birinin ədalətli seçkilər keçirmək, öhdəliklərini yerinə yetirmək və ölkəyə inam yaratmaq məsuliyyəti var, digərinə isə sabitliyi pozmağa imkan verməmək lazımdır.

"Bu vəziyyətdə mənim rolum çox aydındır.  Mən Gürcüstanın Avropa seçiminin tərəfindəyəm.
Əlimdən gələni əsirgəmirəm ki, heç kim, nə ehtiyatsız addımmlarla hakimiyyət, nə də altı ay ərzində bu sənədin quyusunu qazan və indi özündən razıcasına imza atan dağıdıcı müxalifət bu yolu poza bilməsin və ölkəmizin strateji maraqlarını təhlükəyə ata bilməsin. Birinin məsuliyyət, ədalətli seçkilər keçirmək, öhdəliklərini yerinə yetirmək və ölkəyə inam yaratmaq məsuliyyəti var, digərinə seçkilərin legitimliyimi səbəbsiz yerə sual altına qoymaq yolu ilə  sabitliyi pozmağa imkan verilməməlidir. Mənim mövqeyim dəyişməzdir.  İlk gündən bəri davamlı olaraq müdafiə etdiyim hər şeyə sadiqəm - cəmiyyət birliyi, depolarizasiya, ölkənin  birləşməsi, siyasi demokratiya və Avropa gələcəyi", - deyə Prezident brifinqdə deyib.

Bizimlə əlaqə saxlayın