02 
Sen
2021
13:53
455

Baş nazir: "Hər kəsin davranışına 2 oktyabrda cavab veriləcək"

"Qaxaria ilə əlaqəli qiymətləndirməmi artıq demişəm, kim haraya namizəd göstəriləcək, kim kimlə görüşəcək, bu özlərinin seçimidir".

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Zestaponidə jurnalistlərə deyib.

Baş nazirin sözlərinə görə, dünən Kaxa Kaladze və Qiorqi Qaxaria arasındakı görüşlə bağlı Kaladze və partiya rəhbəri izahatlar verib və mövzu üzrə sual işarələri olmamalıdır.

"Düşünürəm ki, sual işarəsi olmamalıdır, kimin nə tələb etdiyi məni maraqlandırmır, hər kəsin davranışına 2 oktyabrda cavab veriləcək. Əlbəttə ki, Kaxa Kaladze ləyaqətli və inandırıcı şəkildə qalib gələcək. İnsanlar həmişə yaxşını və pisi, sədaqəti və xəyanəti, həqiqəti və yalanı seçirlər", - deyə Baş nazir bildirib.

Bizimlə əlaqə saxlayın