02 
Sen
2021
13:41
283

Zaal Udumaşvili: "Gürcü Arzusu" nə bəyanatlar versə də, Şarl Mişelin sənədi ləğv edilməyəcək"

"Şarl Mişelin sənədi "Gürcü Arzusu" nə bəyanatlar versə də və nə qədər sənəddən çıxdıqlarını söyləsələr də ləğv edilə bilməyəcək".

InterPress.ge xəbər verir ki, bunu "Vahid Milli Hərəkat"ın üzvü Zaal Udumaşvili Şarl Mişel razılaşmasını imzaladıqdan sonra deyib.

Udumaşvilinin izah etdiyinə görə, sənəd həm beynəlxalq tərəfdaşlar, həm də müxalifət tərəfindən imzalanıb və bu səbəbdən də qüvvədədir.

"Sənəddən bu cür çıxılmır, bu sənəd belə sıfırlanmır. Bu sənəd beynəlxalq tərəfdaşlarımız, müxalifət partiyaları tərəfindən imzalanıb və təbii ki, qüvəddədir. Bu gün Qərbyönümlü bəyanat və ümumiyyətlə Qərbyönümlü vektorumuz heç vaxt olmadığı kimi təhlükədə olduğundan bu sənədi imzaladıq, bu "Gürcü Arzusu"nun xidmətidir. Bu seçkilər rusiya və  qərb seçkilərinə çevrilir. Bu referendumla gürcü xalqı qərb seçimini bir daha sübut edəcək və hökumət növbədənkənar seçkilər təyin etməli olacaq", - Udumaşvili bildirib.

O, "Milli Hərəkat"ın 5 ay ərzində müqavilə sənədini niyə imzalamadığını izah edib.

"Bu sənədi imzalamamağımızın bir səbəbi var idi və bunu təkrarlamağa ehtiyac yoxdur, "Gürcü Arzusu" heç bir halda erkən seçki təyin etmək niyyətində olmadığını söyləməsi səbəbindən, son dövrlərdə ölkəmizin Avropa gələcəyinin böyük sual altında olduğundan, beynəlxalq tərəfdaşlarımıza və bu gün "Gürcü Arzusu"nu tənqid edən bütün insanlara birbaşa hücumların olması "Gürcü Arzusu"nun rus vektorunu seçdiyini və rus vektorunun indi əsas məqsədi olduğunu göstərir. Müxalifət və artıq bir dəfə seçim edən cəmiyyət buna icazə verməyəcək. Cəmiyyətimiz referendumla təsdiqlədi ki, bu ölkənin gələcəyi Avropa ailəsidir cəmiyyətimiz bu referendumda bunu bir daha sübut edəcək", - Zaal Udumaşvili bəyan edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər