02 
Sen
2021
12:30
979

Gürcüstanda 20 yaşlı qız koronavirusdan vəfat etdi

Batumidə "Medçentri" klinikasında 20 yaşlı qız koronavirusdan vəfat edib.

InterPress.ge xəbər verir ki, mövcud faktla əlaqədar Acarıstan Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, xəstədə ağır tənəffüs çatışmazlığı olub və klinikaya daxil olan kimi reanimasiya şöbəsinə yerləşdirilib.

“Protokolda göstərilən müalicə həyata keçirilirdi. Başqa sağlamlıq problemi də var idi. Alınan tədbirlərə baxmayaraq, vəziyyət pisləşdi, xəstə nəfəs aparatına köçürüldü. Sentyabrın 1 -də saat 09: 40 -da bioloji ölümü qeydə alındı", - idarədən bildirilib.

Bizimlə əlaqə saxlayın