02 
Sen
2021
11:24
545

Gürcüstanda biznesmenin qətlə yetirilməsi ilə bağlı DİN açıqlama yayır

Gürcüstanın Daxili İşlər Nazirliyi biznesmen Vladimir Vaxanianın öldürülməsiylə əlaqədar rəsmi məlumat yayıb.

InterPress.ge xəbər verir ki, bir nəfər saxlanılıb.

"Hüquq-mühafizə orqanları 1966-cı il təvəllüdlü K.K.-nı qəsdən adam öldürmək ittihamı ilə saxladılar.

İstintaq müəyyən etdi ki, təqsirləndirilən K.K. Zuqdidi bələdiyyəsinin Qanmuxuri kəndində keçmişdə baş verən münaqişə nəticəsində mübahisə zəminində tanışı - 1954 təvəllüdlü  V.V.-nın sinə nahiyəsinə öz evində çoxsaylı xəsarət yetirib və hadisə yerindən qaçaraq gizlənib. Yaralı xəstəxanaya aparılana qədər vəfat edib. 

Polis əməliyyat-istintaq və axtarış tədbirləri nəticəsində hadisədən bir neçə saat sonra təqsirləndirilən şəxsi saxladı. Hüquq-mühafizə orqanları cinayət silahını - bıçağı sübut kimi götürdü", - məlumatda qeyd olunub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qəsdən adam öldürmək faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə davam etdirilir. 

Cinayət 7 ildən 15 ilə qədər həbs cəzası nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər