01 
Sen
2021
15:34
1849

Marneuli Əzizkənd sakinləri ayağa qalxaraq məktəbdə baş verən qeyri-etik hadisəyə etiraz etdilər

Marneulinin Əzizkənd dövlət məktəbinin müəllimləri və valideynləri etiraz aksiyası keçirərək, şəxsi həyat görüntüləri bir neçə ay əvvəl sosial şəbəkədə yayılan qadın müəllimənin işindən azad edilməsini tələb ediblər.

InterPress.ge xəbər verir ki, Marneuli Təhsil Resurs Mərkəzindən məsələnin məktəb tərəfindən həll edilməli olduğu və artıq bu barədə müzakirələrin aparıldığı bildirilib.

Əzizkənd məktəb müəlliminin şəxsi həyat videoları bir neçə ay əvvəl sosial şəbəkədə yayılıb və qeyd etmək lazımdır ki, burada təqsirləndirilən şəxs adı çəkilən məktəbin keçmiş direktoru Zabil Qocayevdir.

Zabil Qocayev bir neçə gün Marneuli Təhsil Resurs Mərkəzinin rəhbəri olub. Vəzifəsini icra etməyə başlayandan bir neçə gün sonra həbs edilib. Zabil Qocayev iyunun 2 -də Marneuli Resurs Mərkəzinin direktoru vəzifəsini icra edən təyin edilib. Bundan əvvəl, dörd il Əzizkənd kəndində dövlət məktəbinin direktoru olub.

Hüquq -mühafizə orqanları Z.Q.-i 10 iyun 2021 -ci ildə saxlayıblar. O, Gürcüstan Cinayət Məcəlləsinin 157 -ci prima  (qanunsuz olaraq şəxsi həyat sirrini əldə etmə və saxlama) maddəsinin birinci hissəsi ilə ittiham olunub ki, burada  4 ildən 7 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər