01 
Sen
2021
10:29
417

İsrail Gürcüstanı "qırmızı" ölkələr qrupundan "narıncı" ölkələr qrupuna keçirdi

İsrail hökuməti Gürcüstanı "qırmızı" ölkələr qrupundan "narıncı" ölkələr qrupuna keçirib.

InterPress.ge xəbər verir ki, müvafiq qərar bu gündən qüvvəyə minir.

İsrailin Gürcüstandakı səfirliyindən verilən məlumata görə, israilli turistlər yenə Gürcüstana gələ bilərlər və geri qayıdanda özlərini təcrid edəcəklər (və ya karantinə keçəcəklər).

"İsrail hökumətinin Gürcüstanı "qırmızı" ölkələr qrupundan "narıncı" ölkələr qrupuna keçirdiyini bildirməkdən məmnunuq. Bu o deməkdir ki, israilli turistlər bu gözəl ölkəyə qonaq gələ biləcəklər və geri dönərkən özlərini təcrid edəcəklər (və ya karantinə məruz qalacaqlar). Gürcüstanın yeni kateqoriyaya keçirilməsi qərarı sentyabrın 1 -dən qüvvəyə minəcək", - səfirliyin açıqlamasında deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər