Şəxsiyyət vəsiqəsini pulsuz əldə etmək istəyənlərin nəzərinə...
Ədliyyə Nazirliyinin təşəbbüsü ilə seçki prosesində problemsiz iştirak etmək üçün şəxsiyyət vəsiqələri bir ay müddətinə pulsuz veriləcək.
InterPress.ge xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, aksiya bu gündən - sentyabrın 1-dən başlayıb.
"Aşağıdakı şəxslər şəxsiyyət vəsiqəsi haqqını ödəməkdən azad ediləcəklər: bu günə qədər Gürcüstan vətəndaşı şəxsiyyətini təsdiqləyən sənədi olmayan yetkin Gürcüstan vətəndaşları; Həmçinin aksiya bitənə qədər, yəni 1 oktyabr tarixinə qədər 18 yaşını tamamlayan şəxslər, Şəxsiyyət vəsiqəsi fotoşəkilləri yararsız (keyfiyyətsiz) və ya Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin elektron məlumat bazasında saxlanılmayan vətəndaşlar.
Əlavə olaraq şəxsiyyət vəsiqəsini pulsuz alacaqlar: Qeydiyyatdan çıxarılmış şəxslər, düzgün ünvanda qeydiyyatdan keçsələr, ünvansız qeydiyyata alınan vətəndaşlar, düzgün ünvanda qeydiyyata alındıqda; Hər hansı bir hüquqi qüvvəyə sahib olmayan sənədi olan vətəndaşlar; Gürcüstanın işğal olunmuş ərazisində qeydiyyatda olan və məcburi köçkün statusu olmayan şəxslər; Eyni zamanda şəxsiyyət vəsiqələri ləğv olunmuş şəxslər", - deyə məlumatda bildirilir.
Qurumdan verilən məlumata görə, sənəd verilərkən vətəndaşlar həm şəxsiyyət vəsiqəsi, həm də şəkil çəkdirmə haqqından azad olunacaqlar. Bir şəxs güzəştdən yalnız bir dəfə istifadə edə bilər.
Kampaniyadan istifadə etmək istəyənlər Ədliyyə Evlərinə, Dövlət Xidmətinin İnkişafı Agentliyinin ərazi idarələrinə və ya ictimai mərkəzlərə müraciət etməlidirlər. Əlavə məlumatı Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin qaynar xəttində əldə etmək olar: 32 2 40 10


